“Victoria Secret”in 30 modeli təcavüzə məruz qalıb
Dünyanın ən populyar “Victoria's Secret Fashion” şousunun nümayişinə son qoyulması haqqında bəyanatdan sonra daha bir səs-küylü qalmaqal yaşanıb.
Axşam.az xəbər verir ki, alt paltarı brendinin eks-marketinq direktoru Ed Razekin dəfələrlə modellərə hədə-qorxu gələrək onlara təcavüz etdiyi məlub olub.
Bu barədə “The New York Times” nəşri araşdırma apardıqdan sonra məlumat yayıb.
Markanın 30-a yaxın modeli uzun illər ərzində rəhbərliyin zorakılığından və təcavüzündən əziyyət çəkdiklərini etiraf ediblər.
Təcavüzə məruz qalanlar arasında məşhur modeller Alisa Miller və Bella Hadid də var.
Ed özü isə bu barədə yayılan bütün ittihamları təkzib edib.
Qeyd edək ki, eks-marketinq direktoru Ed Razek 36 il moda sahəsində işləyib və 2019-cu ilin avqustunda təqaüdə çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.