banner
banner

Gündəm

İlkinin polis qohumu Murad saxlanıldı? – Rəsmi

İlkinin polis qohumu Murad saxlanıldı? – Rəsmi

İlkin Süleymanovun əmisi oğlu, polis əməkdaşı Murad Süleymanov polis nəzarətindədir.

Bu barədə Murad Süleymanovun Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan yaxınları bildirib. Onlar iddia ediblər ki, M.Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialara görə polis tərəfindən nəzarətə götürülüb.

Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasimov bildirib ki, Murad Süleymanovun nəzarətə götürülməsi və ya saxlanılması barədə yayılan xəbərlər əsassızdır:

“Murad Süleymanovun nəzarətə götürülməsi, saxlanılması əsassız iddiadır. Hazırda o, Tovuzda deyil, telefon nömrəsinə də zəng çatmır”.

Eşqin Qasımov M.Süleymanovun işdən azad edilmək üçün ərizə yazmadığını da qeyd edib:

“Açıqlama vermişdi ki, işdən azad edilməsi ilə bağlı ərizə yazıb. Amma Murad Süleymanovun Tovuz Rayon Polis Şöbəsində rəsmi ərizəsi yoxdur. Hazırda polis əməkdaşı vəzifəsindən azad edilməyib”.

Qeyd edək ki, Murad Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi zamanı əmisi oğlu, qətldə şübhəli bilinərək saxlanılan İlkinin evində icazəsiz axtarış aparılması, polis yoldaşlarının ona hörmətsizlik etməsi və İlkinin şərlənərək həbs edildiyi, hətta özünün də şərlənmə ilə üz-üzə qalması barədə iddialar səsləndirmiş və buna görə də xidmətdən azad olunmaq üçün ərizə ilə müraciət etdiyini bildirmişdi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.