banner
banner

Dünya

Çində sərnişin aviadaşımalarının həcmi 12,1 faiz azalıb

Çində sərnişin aviadaşımalarının həcmi 12,1 faiz azalıb

Çinin milli aviaşirkətlərinin reyslərinin sayı yeni növ koronavirusa görə il ərzində 12,1 faiz azalaraq 353,7 minə düşüb.

Trend-in xəbərinə görə, bu barədə Çinin Mülkü Aviasiya İdarəsi məlumat verib.

Məlumata görə, 10 yanvar - 4 fevral tarixlərində Çin aviaşirkətlərinin təyyarələri 272,8 mindən çox daxili və 80,8 mindən çox beynəlxalq uçuşlar edib. Fevralın 4-nə olan məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə uçuşların sayı 63,8 faiz azalıb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 491 nəfərə, yoluxanların sayı isə 24,3 minə çatıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.