banner
banner

İdman

La Liqada favoritlər səfərdə əzmkar qələbə qazanıblar

La Liqada favoritlər səfərdə əzmkar qələbə qazanıblar

İspaniya La Liqasında XXIII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə 5 görüş keçirilib.

Autsayderlərin duelində "Espanyol" "Malyorka"nı yeganə qol sayəsində üstələyərək xal hesabını bərabərləşdirib.

İspaniya Kral Kubokunda "Real" və "Barselona"nı mübarizədən kənarlaşdıran "Real Sosyedad"la "Atletik"in duelindən birincilər minimalhesablı qalibiyyətlə ayrılıblar.

"Osasuna"nın qonağı olan "Real" erkən qolla hesabda geri düşsə də, sonda böyükhesablı qələbə qazanaraq, liderliyini qoruyub.

"Sevilya" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Selta" ilə Viqodakı matçdan məğlub dönüb. Əndəlüs təmsilçisi hesabı açmasına baxmayaraq, aktivinə 1 xal da yazdırmağı bacarmayıb.

Turun qapanış görüşündə "Barselona" "Betis"in qonağı olub. Bu oyun Kataloniya klubunun çalışdırıcısı Kike Setyenin sabiq komandasına qarşı iştirakı ilə əlamətdar olub. Kapitan Lionel Messinin 3 məhsuldar ötürmə verdiyi görüşdə "Barselona" əzmkar qələbəyə sevinib.

Ümumiyyətlə, gün bol qollu alınıb. Keçirilən 5 matçda qapılara 17 top vurulub.

İspaniya La Liqası
XXIII tur
9 fevral
"Espanyol" - "Malyorka" - 1:0
Raul de Tomas, 58
"Real Sosyedad" - "Atletik" - 2:1
Portu, 65; İsak, 83 - Villiams, 71
"Osasuna" - "Real" - 1:4
Unay Qarsiya, 14 - İsko, 33; Serxio Ramos, 38; Lukas, 84; Yoviç, 90+2
"Selta" - "Sevilya" - 2:1
Aspas, 78; Sisto, 90+1 - əl Nesiri, 23
"Betis" - "Barselona" - 2:3
Kanales, 6 (pen.); Fekir, 26 - de Yonq, 9; Buskets, 45+3; Lanqle, 72

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.