Zaqatala və Balakən rayonlarında yerləşən bir neçə müəssisədə nöqsanlar aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Cia.az-a verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Zaqatala rayonunda fiziki şəxs Xədicə Balayevaya məxsus çörək sexində və Balakən rayonunda fiziki şəxs Tamara Muqumayevaya məxsus şirniyyat sexində yoxlama aparılıb. Araşdırma zamanı məlum olub ki, hər iki müəssisədə istehsal standartlara uyğun aparılmır.
Belə ki, istehsal heç bir texnoloji təlimat və reseptura olmadan həyata keçirilir. İstifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib, məhsulların markalanması, saxlanma və daşınması düzgün aparılmır. Həmçinin məhsullar qanunvericiliyin tələblərinə əsasən sertifikatlaşmalı olduğu halda, onların uyğunluq sertifikatları mövcud deyildir.
Aşkar olunmuş nöqsanlarla bağlı hər iki müəssisəyə xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.