Rəsmi Minsk Rusiyaya benzin satışını dayandırıb. Bu, qiymət dəyişikliyi ilə bağlıdır. Belə ki, Belarus istehsalçıları üçün Rusiya rublunun məzənnəsinin düşməsi sərfəli deyil. Belarus baş nazirinin müavini Vladimir Semaşko bildirib. O deyib ki, Rusiya özünün qiymət siyasətinə dözür, bu gün orada heç bir sahədə, o cümlədən yanacaq sektorunda qiymət artmır. Əgər yaxın vaxtlarda benzinin bir litrə görə dəyəri 90 sentə çatırdısa, bu gün benzinin markasından asılı olaraq 50-54 sentə bərabərdir. Belə vəziyyətdə Belarus ixracatçıları üçün Rusiyaya benzinin çatdırılması təxminən 1 ton üçün 100 dollar zərər verir: "Biz buna icazə verə bilmirik. İndi bu vəziyyətdən süni istifadə edirlər. Bizim qərarımız Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması haqqında razılaşmaya uyğundur."
Onun sözlərinə görə, əgər neft məhsullarının qiyməti yenə aşağı düşərsə, məhsulumuzu başqa bazara satmaq fikrindəyik. Biz belə məhsulları müvəqqəti dayandırmaq hüququna malikik.
Ekspertlərin fikrincə, rublun devalvasiyasına görə Rusiyada neft məhsullarına qiymətlər aşağı düşür və bu da ixracatçılar üçün paritet daşımır. Belə olan halda Belarusa benzini başqa ölkələrə satmaq daha əlverişlidir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.