banner
banner

Dünya

ABŞ koronavirusla mübarizəyə vəsait ayırıb

ABŞ koronavirusla mübarizəyə vəsait ayırıb

Bu həftə ABŞ Dövlət Departamenti Çinə yardım üçün təqribən 17,8 ton tibbi ləvazimat, o cümlədən maska, xalat, tənzif, respirator və digər həyati vacib materialların göndərilməsinə kömək edib. Bu yardım Amerika xalqının səxavətinin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi bəyanatında bildirilir.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar hökuməti koronavirusla mübarizə və bu yoluxucu xəstəliyin qarşısını almaqdan ötrü Çinə və digər zərərçəkən ölkələrə həm birbaşa, həm də beynəlxalq təşkilatlar vasitəsilə maliyyə yardımı üçün 100 milyon dollaradək xərcləməyə hazırdır.

Bəyanatda daha sonra deyilir ki, bu yardım bütün dünyada səhiyyə sahəsində təhlükəsizlik proqramının möhkəmləndirilməsi üçün Birləşmiş Ştatların gördüyü işlərin davamıdır. Son 20 il ərzində Birləşmiş Ştatlar ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyi vasitəsilə 25-dən artıq ölkədə yoluxucu xəstəliklərin aşkarlanması, qarşısının alınması, mövcud olan və yarana biləcək təhlükələr üzrə potensialın möhkəmlənməsinə 1 milyard dollardan artıq vəsait xərcləyiblər. 2015-ci ildən “Sağlamlığın təhlükəsizliyi sahəsində qlobal gündəlik” layihəsində tərəfdaşlıq çərçivəsində epidemioloji nəzarəti və laboratoriya sistemlərini yaxşılaşdırmaqda, risklər haqqında məlumatlandırmada, epidemiyanın baş qaldırmasına reaksiya vermək və mikrobəleyhinə dərmanlara dayanıqlılığa artan təhlükəni kənarlaşdırmaqda bu dəstəyin köməyi olub.

“Birləşmiş Ştatlar dünyada ən səxavətli donordur və donor olmaqda davam edəcək. Biz digər ölkələri də bizim vəzifələrimizə uyğun hərəkət etməyə çağırırıq. Biz birlikdə fəaliyyət göstərərək artan təhlükənin qarşısının alınmasına güclü təsir göstərə bilərik”, - deyə bəyanatın yekununda bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.