banner
banner

Hərbİ

Sərhəd bağladı: Yeni raket buraxıla bilər

Sərhəd bağladı: Yeni raket buraxıla bilər

Şimali Koreya gəmilərin daxil olmaması üçün Yapon dənizinin şərq hissəsini qapalı zona elan edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Agentliyin məlumatına görə, Şimali Koreyanın bu hərəkəti raket buraxılışına hazırlıq mərhələsi ola bilər. Bundan başqa, Şimali Koreya öz sahilləri ətrafındakı suların bağlanması ilə ilgili Cənubi Koreya və Beynəlxalq Dəniz Təşkilatını xəbərdar etməyib. Cənubi Koreyanın müdafiə nazirinin məlumatına görə isə, Şimali Koreyanın raket buraxacağı ilə bağlı hələlik heç bir dəlil yoxdur.

Qeyd edək ki, daha öncə Cənubi Koreyanın müdafiə naziri Şimali Koreyanın Yapon dənizi istiqamətində yeddi raket buraxdığı barədə məlumat yaymışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.