Türkiyəli müğənni Hadisə sosial media hesabında etdiyi paylaşımla yeni sevgilisini ortaya çıxarıb.
Axşam.az xəbər verir ki, sənətçinin “Həkimoğlu” serialının ulduzu Kaan Yıldırımla eşq yaşadığı məlum olub.
İfaçı İnstaqramda yanında bir itlə foto paylaşıb. Bəlli olub ki, sözügedən it aktyor Kaan Yıldırıma məxsusdur.
Qeyd edək ki, Hadisə ötən həftələrdə “Kim deyir ki, yalnızam? Niyə tək olduğumu düşünürsünüz? Həyatımda biri olsa da, demərəm. Bir gün evlənərəm, amma “mən evləndim” demərəm” açıqlamasını vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.