"Gözlər qəlbin aynasıdır" bədii ifadə olsa da, həqiqətə də uyğundur. Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var. Həkim-fitoterapevt Ulduz Hüseynova göz yorğunluğunu və görmə zəifliyini aradan qaldırmaq üçün məsləhət gördüyü ən sadə üsullar haqqında danışarkən bunları dedi: "Bunun üçün 1 xörək qaşığı zirə meyvəsi, 1 çay qaşığı göyçiçək çiçəyi və 1 çay qaşığı bağayarpağı yarpaqları buxara verilir, alınan damcılar gündə 3-5 dəfə gözlərə damızdırılır. Aptek çobanyastığı və gülümbahar çiçəkləri qarışığından 3 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmdə qalandan sonra həmin dəmləmə ilə gözlərə islatma qoyulur və ya yuyulur. Bir qədər təmiz bal isti suda həll edilib gözə damızdırılır. Cəfəri yarpaqları horra şəklinə salınaraq tənzifin içərisinə yığılır və 15-20 dəqiqə gözlərin üzərinə islatma qoyulur. Proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq olar. Gözlərin üzərinə təzə kəsilmiş xiyar və ya kartof dilimləri qoymaqla da yaxşı nəticə əldə etmək mümkündür. Həmçinin göz qapaqları üzərinə xiyar şirəsində isladılmış pambıq tamponlar da qoymaq olar. Eyni zamanda, sürtgəcdən keçirilərək tənzifin arasına qoyulmuş kartofla da göz qapaqlarına edilən islatma göz üçün xeyirlidir. Pambıq tampon təzə dəmlənmiş qara çayda isladılır və hər gün axşam yatmazdan əvvəl gözlərin üzərinə qoyulur. Su ilə durulaşdırılmış aloe şirəsi gözlərə damızdırılır. Bundan əlavə, daxilə qəbul olunan bəzi bitkilərlə də göz sağlamlığını qorumaq mümkündür. Misal üçün, hər gün səhər acqarına yarım stəkan təzə çəkilmiş kök şirəsi içdikdə görmə qabiliyyəti yaxşılaşır. Belə ki, məlum olduğu kimi kök göz üçün faydalı A vitamini ilə zəngindir. Qaragilə meyvələrini yemək də görmə qabiliyyətini yaxşılaşdırmaq üçün ideal vasitələrdən biridir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.