Yevlax şəhər sakini Xuraman Məmmədova uzun illərdir elektrik mühərriklərinin təmiri ilə məşğuldur. O, nəinki Yevlaxda, eləcə də respublikamızda bu peşə sahibi olan bəlkə də yeganə qadındır.
Xuraman Məmmədova AzərTAc-ın müxbiri ilə söhbətində bildirib ki, 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunun qiyabi şöbəsinə qəbul olub və bu dövrdə Maşınqayırma zavodunda işə düzələlərək elektrik mühərriklərinin təmiri peşəsinə yiyələnib. Mühərrik təmiri peşəsinə sonsuz istəyi və möhkəm iradəsi zaman keçdikcə onu bu sahənin ən yaxşı ustalarından birinə çevirib. Hazırda Yevlax şəhərindəki şəxsi emalatxanasında sevimli peşəsi ilə məşğul olan Xuraman xanım, elektrik mühərriklərinin təmiri üzrə ən yaxşı ustalardan biri kimi tanınır. Hər gün çəkic, dəmir parçaları, mühərrik sarğıları ilə çalışan X.Məmmədova işdən sonra evdə övladları və nəvələrinin qayğısına qalır. Dörd uşaq anası olan Xuraman xanımın övladlarından yalnız biri onun peşəsini davam etdirir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.