Türkiyəli aktrisa Miray Danerin “Vətənim sənsən” serialında sevgilisi obrazını canlandırdığı Boran Kuzum ilə eşq yaşadığı iddia olunur.
Axşam.az xəbər verir ki, yayılan məlumatlara görə, cütlüyün münasibəti bir ay əvvəl başlayıb.
Qeyd edək ki, aktyorların serial davam etdiyi müddətdə də eşq yaşadıqları iddia olunmasına baxmayaraq, cütlük xəbərlərin yalan olduğunu bildirmişdilər.
Aktrisa daha öncə aktyor Kubilay Aka ilə də sevgili olub. Onların 3 illik münasibəti Kubilayın xəyanətinə görə sonlanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.