Bir neçə gün əvvəl sevgili olduqları məlum olan türkiyəli müğənni Hadisə ilə aktyor Kaan Yıldırım münasibətlərinin növbəti mərhələsinə qədəm qoyublar.
Axşam.az xəbər verir ki, yayılan xəbərlərə görə, artıq cütlüyün ailələri də tanış olub. Səmimi davranışları ilə seçilən Hadisəni Kaanın ailəsi də bəyənib.
Qeyd edək ki, Kaanla Hadisənin münasibətdə olduğu sənətçinin itlə etdiyi paylaşımdan sonra ortaya çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.