banner
banner

İdman

Samir Abasov İspaniyaya yollanmaq üçün "Sevilya"da baş məşqçi dəyişikliyini gözləyir

Samir Abasov İspaniyaya yollanmaq üçün "Sevilya"da baş məşqçi dəyişikliyini gözləyir

“İspaniyaya getmək məsələm hələ də açıq qalır”.

Bunu apasport.az saytına futbol məşqçisi Samir Abasov deyib.

Cari mövsümün gedişində “Zirə”dən ayrılan 41 yaşlı mütəxəssis “Sevilya”da praktikadan keçməklə bağlı müraciətinə müsbət cavab alıb. O, hər an əndəlüs klubundan rəsmi dəvətin gələ biləcəyini söyləyib: “Sevilya”ya rəsmi müraciət etmişəm. Bu məsələ klubun idman direktoru Ramon Monçi ilə danışılıb, ilkin razılıq alınıb. Vizam da həll olunub. Bəxtimdən “Sevilya” baş məşqçisini dəyişməyə hazırlaşır, Unay Emerini gətirir. Məndən asılı olmayan səbəbə görə, onların düşərgəsinə yollana bilmirəm. İnşallah, may ayına qədər bu planım baş tutar. Onlardan hər an dəvət gələ bilər”.

Abasov İspaniya klubunda praktikadan keçdikdən sonra Rusiyaya yollana bilər. Mütəxəssis Moskva “Spartak”ının düşərgəsinə getmək variantını istisna etməyib: “Spartak”ın düşərgəsinə də yollana bilərəm. Orada çalışan məşqçi ilə münasibətim yaxşıdır. Sadəcə, onlar hazırda təlim-məşq toplanışındadırlar. Mən toplanış vaxtı yox, çempionat oyunları zamanı getmək istəyirəm. “Spartak” da Qətər hazırlığından yeni qayıdıb. Açığı, bir neçə klubun düşərgəsinə gedəcək qədər imkanlı da deyiləm. Hələ ki, bütün diqqətimi “Sevilya” variantı üzərində cəmləmişəm”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.