banner
banner

İdman

“Arsenal” əzmkar qələbə qazanıb

“Arsenal” əzmkar qələbə qazanıb

İngiltərə Premyer Liqasında XXVII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha üç matç keçirilib.

“Uotford”u qəbul edən “Mançester Yunayted” üç cavabsız qolla rəqibini darmadağın edib. “Vulverhempton” eyni hesabla “Norviç”i üstələyib.

Günün son görüşü daha məhsuldar alınıb. “Arsenal” 5 qolun vurulduğu matçda hesabda geri düşsə də, “Everton”u məğlub edib.

Qeyd edək ki, tura fevralın 24-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXVII tur
23 fevral
“Mançester Yunayted” – “Uotford” – 3:0
Fernandeş, 42 (pen.), Marsial, 56, Qrinvud, 75
“Vulverhempton” – “Norviç” – 3:0
Jota, 19, 30, Ximenes, 50
“Arsenal” – “Everton” – 3:2
Nketiş, 27, Obameyanq, 33, 46 – Kalvert-Levin, 1, Riçarilson, 45

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.