banner
banner

Sosİal

Apteklərdə tibbi maska və spirt problemi

Apteklərdə tibbi maska və spirt problemi

İranda koronavirusun yayılması xəbəri Azərbaycan əhalisinin ciddi narahatlığına səbəb olub. Ölkənin cənub regionlarının dolanışıq üçün İranla ticarət əlaqələrindən bəhrələndiyi bir şəraitdə Azərbaycan hökuməti cənub qonşumuzla sərhədləri tam bağlaya bilmir. Bu şəraitdə ölkə vətəndaşlarının ölümcül virusa yoluxması təhlükəsi böyük olaraq qalır.

Son günlər müxtəlif sosial şəbəkələr vasitəsilə yayılan şayiələr insanlarda qorxu hissini daha da gücləndirir. Bu şəraitdə apteklərdə qoruyucu maska və tibbi spirtin çatışmaması insanlar arasında təşvişgücləndirici amilə çevrilməkdədir. Belə ki, dünən gün ərzində Buzovna qəsəbəsi, “Neftçilər” metrostansiyasının ətrafında, Yasamal rayonunda yerləşən xeyli aptekə baş çəkdik. Heç bir aptekdə tibbi maska olmadı. Əksəriyyəti “Avromed” şirkətinə məxsus olan apteklərdən maskaların 2 gün əvvəldən bitdiyi deyildi. Bəzi apteklərdə tibbi spirt olsa da, bir çoxunda qiymətlərin artırıldığının şahidi olduq. Aptek rəhbərlərinin verdiyi məlumatdan aydın oldu ki, Azərbaycana tibbi maska əsasən Çin, Rusiya və Türkiyədən idxal olunur. Virusun minlərlə can aldığı Çinin özündə maska problemi yaranıb. Bu ölkə tezliklə yeni maska fabriki inşa etmək planı qurur. Bu baxımdan, Çindən bu ləvazimatın gətirilməsinin qeyri-mümkün olduğunu söyləmək olar. Türkiyə və Rusiyadan isə idxalın davam etdirilməsində müəyyən məhdudiyyətlərin tətbiq olunması gözləniləndir. Bütün bunlar Azərbaycanda tibbi maska qıtlığının yaranması üçün təbii amillər hesab oluna bilər, o halda ki, virusun yayılması faktları qeydə alına, əhali kütləvi şəkildə heç olmasa 2 həftə maskadan istifadə edə. Lakin təhlükə 3-4 gündür sərhədimizə çatıb, əhali son 2 gündə maska üçün apteklərə üz tutub. Bu halda indiki maska çatışmazlığının səbəbi nədir?

tibbi maka və spirt ile ilgili görsel sonucu

Bu səbəbi müəyyənləşdirmək üçün Nazirlər Kabinetinin fevralın 14-də qəbul etdiyi bir qərara diqqət yetirmək lazımdır. Həmin qərarın izahında qeyd olunur ki, “yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilmişdir”.

Nazirlər Kabineti bu halları nəzərə alaraq yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasını məhdudlaşdırıb. Baş nazirin imzaladığı qərarda Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

tibbi maka və spirt ile ilgili görsel sonucu

Göründüyü kimi, bəzi işbazlar NK məlum qərarı verənə qədər Azərbaycanda olan tibbi maskaların bir hissəsini başqa ölkələrə daşıyıblar. Buna görə də indi ölkə əhalisi apteklərdən əliboş qayıdır.

Qeyd edək ki, yaranmış çatışmazlığın nə zaman aradan qaldırılacağını heç bir qurumdan öyrənmək mümkün olmadı. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aptek və təchizatçı şirkətlərin özəl qurumlar olduğunu, buna görə də nazirliyin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyətinin olmadığını dedilər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən də məsələnin onlara aidiyyəti olmadığını dedilər.

Ölkənin ən iri tibbi təchizatçısı olan “Avromed” şirkətinə məsələ ilə bağlı göndərdiyimiz sorğuya gün ərzində cavab verilmədi. Cavabı əldə edə bilsək, oxucularla da bölüşəcəyik.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.