Yaponiyanın “Mitsubichi Zyukoqyo” və “Chiyoda kako kensetsu” şirkətləri ucuz və ekoloji təmiz enerjinin əldə edilməsi üçün hidrogen istehsal edəcək dünyada ilk üzən zavod tikməyi planlaşdırıblar.
AzərTac-ın məlumatına görə, şirkətlər bu planı 2020-ci ilədək reallaşdırmaq niyyətindədirlər.
Şirkətlərin mühəndisləri dəniz yataqlarından xam neftin hasilatı zamanı yaranan qazdan hidrogeni ayırmağı planlaşdırırlar. Mütəxəssislərin bildirdiyinə görə, sahil ərazilərindəki xam neft yataqlarının yaxınlığında inşa olunacaq həmin zavod nəqliyyat xərclərini xeyli azaltmağa imkan yaradacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.