banner
banner

İdman

Kosovo Futbol Federasiyasının prezidenti həbs edildi

Kosovo Futbol Federasiyasının prezidenti həbs edildi

Kosovo Futbol Federasiyasının (FFK) prezidenti Aqim Ademi həbs edilib.

"Report" AP-yə istinadən xəbər verir ki, Ademi rüşvət verməyə cəhd etdiyi üçün 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Kosovo Apellyasiya Məhkəməsinin çıxardığı hökm iyulda paytaxt Priştinanın məhkəməsinin qərarını qüvvədə saxlayıb. İstintaq versiyasına əsasən, 2012-ci ilin iyuluda Ademi və dostu çalışıblar ki, iş ortağını daşınmaz əmlakla bağlı saxta sənədlər müqabilində Priştinadakı bələdiyyə işçisini 30 min avro ödəməyə və ya maşın almağa məcbur etsinlər.

Qeyd edək ki, Aqim Ademi FFK-nın sabiq rəhbəri Fadil Vokrrinin qəfil vəfatından sonra - 2018-ci ildə qurumun prezidenti olub. O, əvvəllər federasiyanın vitse-prezidenti vəzifəsini icra edirdi. Kosovo millisi 2018-ci ildə Millətlər Liqasında Azərbaycanla eyni qrupda mübarizə aparıb. Bakıda 0:0 hesablı heç-heçəyə, Priştinada isə 4:0 hesablı qələbəyə nail olan bu ölkəni yığması ümumilikdə 14 xalla qrup qalibi kimi "pley-off"a yüksəlib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.