banner
banner

İdman

Ərsun Yanal istefa verib

Ərsun Yanal istefa verib

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal komandadan ayrılır.

Apasport.az saytının məlumatına görə, Türkiyə kubokunda "Trabzonspor"la keçiriləcək oyundan sonra İstanbul təmsilçisi çalışdırıcı ilə vidalaşacaq.

Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, Yanalın istəyini nəzərə alan rəhbərlik qarşılıqlı razılıqla yolların ayrılmasına qərar verib. O, "Trabzonspor"a qarşı ölkə kubokunun yarımfinal mərhələsinin səfər görüşündə son dəfə komandanı meydana çıxaracaq.

Qeyd edək ki, "Fənərbaxça" ilə "Trabzonspor" arasında kubok görüşü martın 3-də keçiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.