Apasport.az saytının məlumatına görə, bir oyunu təxirə salınan turun son günündə iki qarşılaşma keçirilib.
Hər iki matçda heç-heçə qeydə alınıb. “Union” – “Volfsburq” görüşü xoşagəlməz hadisə ilə əlamətdar olub.
Bir gün əvvəl baş tutan “Hoffenhaym” - “Bavariya” qarşılaşmasında yaşananların bir qismi yenə təkrarlanıb. Azarkeşlər yenə “Hoffenhaym”ın sahibi Ditmar Hoppa ünvanlanan təhriqamiz banner qaldırıblar ki, bu üzdən oyunda fasilə yaranıb. Sonradan davam etdirilən matç 2:2 hesabı ilə başa çatıb.
“Leypsiq” və “Bayer” arasında mərkəzi görüşdə isə 2 qol qeydə alınıb. Hərəyə bir dəfə fərqlənən komandalar bir xalla kifayətlənib.
Qeyd edək ki, növbəti turun matçları martın 6-8-də keçiriləcək.
Almaniya Bundesliqası XXIII tur 1 mart “Union” – “Volfsburq” – 2:2 Andersson, 41, Fridrix, 56 – Gerhardt, 60, Veqhorst, 81 “Leypsiq” – “Bayer” – 1:1 Şik, 32 – Beyli, 29
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb