Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən qatar texniki səbəbdən “Memar Əcəmi” stansiyasında sərnişinləri düşüb.
Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, qatar stansiyanın dalan hissəsinə verilib, onun əvəzində depodan xəttə yeni qatar buraxılıb.
"Həmin vaxt "Memar Əcəmi" stansiyasından "Nəriman Nərimanov" stansiyasına qədər bir qatar xətdə olmadığı üçün iki qatar arasında interval iki dəfə artıq olub", - deyə o, qeyd edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.