banner
banner

Dünya

“Coca-Cola” və “Pepsi” məhkəməyə verilib

“Coca-Cola” və “Pepsi” məhkəməyə verilib

“Coca-Cola”, “Pepsi” və digər böyük plastik çirkləndiricilər məhsullarının təkrar istifadəsi barədə yalan məlumat verməkdə və milyonlarla ton tullantını okeanlara atmaqda ittiham edilir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ətraf mühiti mühafizə təşkilatı “Earth Island Institute” ötən həftə analoji şirkətlərə qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə iddiasında qeyd olunur ki, hər il 8 milyondan 20 milyon tonadək plastik tullantı dünya okeanlarına atılır və tullantıların böyük əksəriyyəti bu şirkətlərin payına düşür. Bundan başqa, vəziyyətin belə davam edəcəyi təqdirdə 2050-ci ilə qədər okeanlardakı plastikin həcmi balıqlardan daha çox olacaq.

Qeyd edək ki, son tədqiqatlar 1950-ci ildən bəri istehsal olunan plastikin 91%-nin təkrar emal edilmədiyini və qırıntıların əksəriyyətinin poliqonlarda, sobalarda yandırılıdığını və ya okeanlara atıldığını göstərir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.