banner
banner

HAKİMLƏR KOMİTƏSİNİN TƏZƏ MÜDİRİNİN ADI NƏ İDİ?

HAKİMLƏR KOMİTƏSİNİN TƏZƏ MÜDİRİNİN ADI NƏ İDİ?
Yazar: Aqil Abbas

Yesenin yazır:

Atıb abrı-həyanı, mən yaxına gələrək

Qucdum ağcaqayını özgənin arvadıtək.

İndi bizim idman başbilənlərimiz də xarici mütəxəssisləri özgənin arvadıtək bağırlarına basırlar: milliyə baş məşqçi, hansısa komandya baş məşqçi. Onlar da gəlib bir qələt edə bilmirlər. Adamın Allahı var, Qriqorçuk istisna.

Hakimlər Komitəsinin müdirini də getdik xaricdən gətirdik, o da özüylə müavin, müşavir, yəni bir-iki qohum-əqrəbasın gətirdi. Tərcüməçi də verdik ki, hakimlərimizi abıra salsın.

Xəqani Məmmədovun vaxtında hakimlər daha az xəta edirdi, nəinki indi.

«Qarabağ»la «Sabah»ın oyununda hakimlərin xətaları oyunun taleyini həll etdi.

 

Birinci epizod. «Qarabağ»ın oyunçusu həqiqətən oyundankənar vəziyyətdə idi. Özü də yan hakimin gözünün qabağında, amma bayrağını qaldırmadı. Və bu vaxt həmin oyunçuya ala-babat bir təpik vurub yıxdılar, yenə bayrağını qaldırmadı.

İkinci epizod. Yenə «Qarabağ»ın oyunçusuna ala-babat bir təpik vurub cərimə meydançasında yıxdılar. Yenə hakimin fiti susdu.

Üçüncü epizod. Küncdən vurulan topu «Sabah»ın qapıçısı qaytarıb atdı «Qarabağ» futbolçusuna və qol. Və hakim bunu oyundankənar vəziyyət kimi qiymətləndirdi. Biabırçılıq!

Futbolçular da Allaha and içirdilər. Yəqin gələn dəfəki oyunlarda stadiona «Quran» da gətirəcəklər, hakim belə səhvlər edəndə «Quran»ə əl basdıracaqlar.

Ayıbdı ey, görən indi Hakimlər Komitəsi həmin oyunun hakiminə heç olmasa qırmızı cəhənnəm, bir sarı vərəqə çıxaracaqmı?

Demək olar çempionatın bütün oyunlarını izləyirəm. Hamısında da hakim xətaları.

Bəlkə bizdə də VAR sistemini tətbiq eləsinlər? Amma nə fayda ey, ordakılar da elə həmin hakimlər olacaq da.

Hakimlər Komitəsinin müdirinin adını axtarmağa ərindim, amma uşaqlara tapşırdım ki, şəklini tapıb qoysunlar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: