Polşa Rusiyaya məxsus Kalininqrad bölgəsi ilə sərhəddə müşahidə qüllələrinin tikintisinə başlayıb.
CİA.Az-ın Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, hər birinin hündürlüyü 50 metr olacaq 6 qüllədən alınan videogörüntülər Polşanın sərhəd qoşunları komandanlığına ötürüləcək.
200 kilometrlik sərhəd xətti boyunca düzüləcək qüllələrin ümumi dəyəri 3, 8 milyon dollar olacaq.
Bu vəsaitin 75 faizi Avropa İttifaqının sərhəd fondundan ayrılıb.
Xəbər verilir ki, qüllələrin tikintisi Rusiyanın Kalininqradda raketlər yerləşdirməsi ilə bağlı məlumatlara görə başlanıb.
Polşa sərhəd qoşunları bildirir ki, hazırda qüllələrdə texniki qurğuların sınağı keçirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.