Bakıda və Abşeron yarımadasında martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Musavat.com-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 11-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq yarada bilər.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.