İtaliya sahil mühafizə xidməti Aralıq dənizi vasitəsilə bu ölkəyə keçmək istəyərkən təhlükə ilə üzləşən 1500 miqrantı xilas edib.
CİA.Az AZƏRTAC-a istinadəx xəbər verir ki, İtaliyaya keçməyə çalışan miqrantlarla dolu 5 gəmidən 3-ü daha böyük təhlükə ilə qarşılaşıb. 24 saat ərzində aparılmış əməliyyatlar zamanı xilas edilmiş miqrantlar İtaliyanın Lampeduza adasına və Siciliya limanlarına aparılıb.
Qeyd edək ki, ötən il İtaliya vasitəsilə Avropa ərazisinə 170 min miqrant daxil olub. Onların əksəriyyəti Liviyadan gələnlərdir.
3000-dən artıq miqrant isə Avropaya keçməyə cəhd göstərərkən həyatını itirib. Rəsmilər bu ilin ilk aylarında Avropaya miqrant axınının 43 faiz artdığını bəyan ediblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.