banner
banner

Sosİal

Bakıda həkimlər ayağa qalxdı

Bakıda həkimlər ayağa qalxdı

Bakı şəhər Təcili və Təxirasalınmaz Tibbi Yardım Stansiyasının həkimləri gücləndirilmiş iş rejiminə keçiblər.

Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, Bakıda Gənclərin Qlobal Formunun başlanması ilə əlaqədar təcili yardım həkimləri bir neçə ərazidə sutkalıq növbə çəkəcəklər.

“Dünəndən həkimlərimiz bir neçə ərazidə, Heydər Əliyev Mərkəzində və 5 otelin qarşısı növbə çəkəcəklər. Bundan başqa, “Buta Palace” qarşısında da tədbirlər əlaqədar həkim briqadası olacaq. Artıq həkimlərimin növbədədirlər. Hələlik heç bir müraciət daxil olmayıb”, - deyə Zemfira Vahidova bildirib.

Qeyd edək ki, form 3 gün keçiriləcək. Bu səbəbdən təcili yardım briqadaları oktyabrın 28, 29 və 30-da növbədə olacaqlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.