Ukrayna prezindenti Pyotr Poroşenko Donbas regionuna qismən nəzarət edən Rusyapərəst separatçılarla aparılan danışıqlar nəticəsində daha 16 Ukraynalı hərbçinin azad edildiyini bildirib.
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Poroşenko deyib ki, rəsmi Kiyev hər bir Ukraynalının taleyi uğrunda mübarizəyə hazırdır.
"Hərbçilərimiz avtobusa mindirilib və Kramatorsk şəhəri istiqamətində aparılır", deyə prezident xəbər verib.
Bu arada, separatçılar əsir götürdükləri bütün Ukrayna əsgərlərini Kiyev rəsmilərinə təhvil verdiklərini və beləliklə razılaşmalara tam əməl etdiklərini bildiriblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.