banner
banner

Dünya

Nigeriyada neft kəmərində partlayış olub, 15 nəfər ölüb

Nigeriyada neft kəmərində partlayış olub, 15 nəfər ölüb

Nigeriya Laqos meqapolisinə daxil olan Abul-Ado şəhərində neft kəmərinin bir hissəsində baş vermiş partlayış nəticəsində azı 15 nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın “Vanguard” qəzeti məlumat yayıb.

“İnsident zamanı daha 60 nəfər xəsarət alıb. Onların əksəriyyəti qız kollecinin tələbələridir”, - deyə Laqosdakı Fövqəladə İdarəetmə Agentliyinin koordinatoru İbrahim Farinloye bildirib.

Partlayış nəticəsində 50 bina, o cümlədən bir kollec və otelin ziyan çəkdiyini deyilir.

Nəşr qeyd edir ki, rəsmilər partlayışın səbəbini və onun episentrinin dəqiq yerini hələ ki müəyyən edə bilməyiblər. İlkin məlumatlara görə, boru kəmərinin bir hissəsi qanunsuz müdaxilə nəticəsində partlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.