banner
banner

Gündəm

Vergilər Nazirliyi vətəndaşlara müraciət edib

Vergilər Nazirliyi vətəndaşlara müraciət edib

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı xidməti üzrə müəyyən qaydalar tətbiq edib və bununla bağlı vətəndaşlara müraciət edib.

"APA-Economics"in verdiyi xəbərə görə, müraciətdə vətəndaşlara hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədləri poçt vasitəsilə (poçt indeksi AZ1029) Vergilər Nazirliyinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərmək tövsiyə olunur.

"Sənədləri təqdim edərkən əlaqə nömrəsini qeyd etməyi unutmayın. Sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətinizə əlavə edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz. Müraciətdə mütləq qaydada bu məlumatlar qeyd olunmalıdır: müraciət edən şəxsin adı, soyadı, atasının adı; müraciət edən şəxsin əlaqə məlumatları. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatını elektron qaydada həyata keçirə bilərsiniz. Hüquqi şəxs qeydiyyata alındıqdan sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək. Xarici investisiyalı qurumlara elektron sənəd mübadiləsindən istifadə etməyə imkan verən və kağız daşıyıcıda verilən şifrə və parolu Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən (Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 105) almağınız xahiş olunur".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.