banner
banner

Dünya

ABŞ-Kanada sərhədi bağlanır

ABŞ-Kanada sərhədi bağlanır

ABŞ ilə Kanada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə iki ölkə arasındakı sərhəddən təxirəsalınmaz səfərlər istisna olmaqla bütün səyahətləri dayandırmağa hazırlaşır.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Ağ evdən bildiriblər.

Məlumata görə, yeni məhdudiyyət sərt olmayacaq və ölkələrarası ticarət əlaqələri davam etdiriləcək.

Qeyd edək ki, ötən həftə Ağ ev Şengen zonasına daxil olan dövlətlər, habelə Böyük Britaniya və İrlandiya vətəndaşlarına ABŞ-a səyahəti qadağan edib. Bu məhdudiyyətədək uyğun qayda Çin və İran vətəndaşlarına tətbiq edilmişdi.

Martın 16-da Kanadanın baş naziri Castin Trüdo koronavirusa görə ölkənin sərhədlərinin bağladığını elan edərək bidirib ki, ABŞ ilə sərhəd yalnız amerikalılar və kanadalılar üçün hələlik açıq saxlanılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.