banner
banner

Dünya

Çində son sutkada 11 nəfər koronavirusdan ölüb

Çində son sutkada 11 nəfər koronavirusdan ölüb

Son bir gündə Çində yeni növ koronavirusdan ölənlərin sayı 11 nəfər, virusa yoluxanların sayı 13 nəfər artıb, daha 922 nəfər sağalıb.

APA xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Sağlamlıq Komitəsi açıqlama yayıb.

Məlumata görə, epidemiyanın yayıldığı bütün ərzində ölkədə yoluxmuş insanların sayı 80,8 minə çatıb, onlardan 69,6 min nəfəri sağalıb, 3237 nəfər ölüb.

Ölkədəki vəziyyət, deməl olar ki, sabitdir: 31 bölgədən 14-də ümumiyyətlə heç bir yoluxma halı olmayıb, digər 16 əyalət, inzibati rayon və mərkəz tabeli şəhərlərdəki xəstəxanalarda yoluxanların sayı bir nəfərdən bir neçə yüz nəfərə qədər dəyişir.

Koronavirusun yayılmasının əsas mənbəyi olan Hubey əyalətində son gündə 11 nəfər ölüb, yalnız bir nəfər yoluxub, 896 adam sağalıb. Hələ də 7,7 minə yaxın yoluxmuş insan var.

Son məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 9,2 mindən çox sakin hələ də ÇXR-də tibbi nəzarətdədir. Ölkədə karantində şübhəli bilinən 119 nəfər də var.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.