ABŞ-da 100 yaşlı kişi arvadını öldürüb. Nyu Cersi ştatında bir əsr yaşı olan Maykl Caskin həyat yoldaşı 88 yaşlı Rozaliyu Caskini baltalayıb. Hadisə yerinə gələn polis iki cəsəd aşkar edib. Qadının cəsədi yataq otağı, kişininki isə hamamda olub. İlkin ehtimala görə, yaşlı kişi həyat yoldaşını yatdığı yerdə öldürəndən sonra bıçaqla hamama gedib və burada özünə zərbələr vurub. Hadisə zamanı evdə yaşlı ər-arvaddan başqa heç kim olmayıb. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Qətlin motivi bəlli deyil.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.