banner
banner

Sosİal

İnformatika üzrə videodərslər hazırlanır

İnformatika üzrə videodərslər hazırlanır

Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması ilə əlaqədar dərslərin onlayn öyrənilməsi məqsədilə informatika fənnindən videodərslər hazırlanır.

Bu barədə Musavat.com-a Təhsil Nazirliyindən məlumat verilib.

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində hazırlanan videodərslər Azərbaycan və rus bölmələri olmaqla III-VIII sinifləri əhatə edir. Dərslərdən faydalanmaq istəyən şagirdlər Video Dərslər Portalı, “Rəqəmsal bacarıqlar” layihəsinin "Youtube" kanalı və "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir.

2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.