banner
banner

Dünya

Ərdoğan İrana getdi

Ərdoğan İrana getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İrana rəsmi səfərə gedib. 
Esenboğa hava limanında dövlət başçısını Ankara valisi Mehmet Qılınclar, şəhər bələdiyyəsinin sədri Melik Gökçək və digər səlahiyyətli şəxslər tərəfindən yola salınıb.
İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti əsasında reallaşdırılan səfərdə R.T.Ərdoğanı xarici işlər naziri Mövlut Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, gömrük və ticarət naziri Nurəddin Canıklı, enerji və təbii sərbətlər naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik və inkişaf naziri Cevdet Yılmaz müşaiyət edirlər.
Türkiyədən İrana prezident səviyyəsində 4 il aradan sonra baş tutan ziyarətdə Türkiyə-İran Yüksək Səviyyəli İş Birliyi Şurasının ikinci toplantısı keçiriləcək. Həmçinin İranın dini lideri Ayətullah Seyyid Əli Xameneyi və prezident Həsən Ruhani ilə Tehranda görüş nəzərdə tutulur.
Görüşlərdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələrin indiki vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.