İspaniyada bu gün koronavirusdan ölənlərin sayı dünənlə müqayisədə 493 nəfər artaraq 4 min 858 nəfərə çatıb.
Həmçinin son 24 saat ərzində ölkədə 6 273 yeni yoluxma faktı aşkarlanıb. Bununla da ümumilikdə İspaniyada koronavirusa yoluxanların sayı 64 min 59 nəfərə çatıb.
Qeyd edək ki, İspaniyada koronavirusa yoluxma və virusdan ölmə faktı əsasən paytaxt Madriddə müşahidə olunmaqdadır. Belə ki, bu günə qədər virusdan ölənlərin 2000-dən çoxu paytaxt Madriddə qeydə alınıb.
Həmçinin digər şəhərlərdə, Kataloniyada 880, Bask bölgəsində 180 ölüm halı baş verib.
Xatırladaq ki, ölkə ərazisində karantin müddəti aprelin 12-dək uzadılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.