Vətəndaşlara pul yardımı ediləcək? - Rəsmi açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Report-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial müdafiəsi ilə bağlı təkliflər hazırlayıb.
O qeyd edib ki, hazırda həmin təkliflərə baxılır və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, iqtisadçı Natiq Cəfərli Axar.az-a açıqlamasında minimum əmək haqqı qədər – yəni 250 manat civarında hər bir Azərbaycan vətəndaşına birdəfəlik yardımın edilməsinin mümkünlüyünü bildirmişdi.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.