banner
banner

Dünya

İranlı ekspert: "ABŞ hücum edəcək!"

İranlı ekspert: "ABŞ hücum edəcək!"

ABŞ hərbi qüvvələrinin İraqda dislokasiyası hücumla əlaqədar ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri iranlı ekspert Fuad İzadi deyib.

O bildirib ki, amerikalı hərbçilərin yerdəyişməsi ilə bağlı Vaşinqtondan verilən rəsmi açıqlamalar psixoloji effekt yaratmağa hesablanıb və İraqda qruplaşmalara mümkün zərbələr İraq ordusuna hücum sayılacaq:

“Qərbdə İŞİD-ə qarşı vuruşan müxtəlif qruplaşmalar İranla əlaqəlidir. Yəni İŞİD-lə mübarizədə İran yalnız İraqa yardım edib. Həmin qruplaşmalar İraq ordusunun nəzarətindədir. Əgər ABŞ İraq ordusunun rəhbərliyi altında olan qruplara hücum etsə, bu, İraq ordusuna hücum sayılacaq”.

Qeyd edək ki, artıq ABŞ hərbçiləri İraqda bir neçə hərbi bazanı tərk edib. Bəzi ekspertlər bunu şiə qruplarına mümkün hücumla əlaqələndirir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.