Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü - FOTO
Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.
Bu barədə Ukraynadakı Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb. O, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini yazıb:
"Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindi! Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlıların təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun, canım qardaşım!
Allah rəhmət etsin! Özünüzü və yaxınlarınızı qoruyun!" (BAKU.WS)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb