banner
banner

İdman

"O, dünyanın ən yaxşı yarımmüdafiəçisi idi"

"O, dünyanın ən yaxşı yarımmüdafiəçisi idi"

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Reyncers"in çalışdırıcısı Stiven Cerrardı tərifləyib.

Qol.az xəbər verir ki, fransalı mütəxəssis “goal.com”a açıqamasında "Liverpul"un sabiq kapitanını öz dövrünün ən yaxşı yarımmüdafiəçisi adlandırıb:

"Cerrardın dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğu bir vaxt var idi. Tamamilə hər şeyi bacaran yarımmüdafiəçilər çox azdır. Cerrard onlardan biri idi".

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 17 il (1998-2015) "Liverpul"da çıxış edib. "Qırmızılar"ın əfsanəvi futbolçusu komandada 710 oyunda iştirak edib, 186 qol vurub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.