Bu gündən Çinin yeni tip koronavirusun (COVİD-19) ortaya çıxdığı Uhan əyalətində karantin ləğv edilib. “The Global Times”ın yazdığına görə, 76 günlük karantin rejimi başa çatıb. Rəsmilər 11 milyon sakinin heç bir icazə olmadan əyalətdən kənara çıxa biləcəyini açıqlayıb.
Lakin rəsmilər onu da qeyd edib ki, əyalətdə bəzi qadağalar öz yerində qalır. Belə ki, məktəblər hələlik bir müddət bağlı qalacaq və bu məsələ ilə bağlı qərar daha sonra veriləcək.
Çinin Milli Səhiyyə Komissiyasından verilən açıqlamaya görə, koronavrusa yoluxmaların qeydə alındığı yanvar ayından bəri ilk dəfə olaraq ötən gün heç bir ölüm faktı olmayıb. Qurum həmçinin yeni 32 virusa yoluxma halının aşkarlandığını və bununla da yoluxanların sayının 81 min 740 nəfərə çatdığını bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.