ABŞ-da sutka ərzində 1700 nəfər koronavirusdan ölüb
ABŞ-da sutka ərzində yeni növ koronavirusdan 1700 nəfər ölüb. Bu barədə CNN telekanalı Con Hopkins Universitetinə istinadla məlumat yayıb. Daha əvvəl antirekord ölüm faktı (1400-dən çox) aprelin 3-də qeydə alınıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 396,2 mini ötüb, virusa yoluxmuş 21 min 763 nəfər sağalıb, 12 min 722 xəstə ölüb.
Yeni növ koronavirusa yoluxma hadisəsi ötən ilin dekabrında Mərkəzi Çində qeydə alınıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.