Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Suriyada “İslam Dövləti” yaraqlılarına qarşı mübarizədə ölkəsinin seçdiyi strtategiyanın Qərb tərəfindən tənqid edilməsinə təəccüblənib və şok olub.
Oxu.Az xəbər verir ki, BBC-yə verdiyi müsahibəsində deyib ki, qərb hakimiyyəti Kobaniyə quru qoşunları göndərməyə hazır olmadıqları halda Türkiyənin də ora quru qoşunu göndərməsi düzgün olmadığın hesab edir.
Davudoğlunun sözlərinə görə, Türkiyə tam olaraq hərbi əməliyyatlara yalnız beynəlxalq koalisiya prezident Bəşər Əsədin qüvvələri ilə mübarizə üçün strategiyasına hərbi tədbirlər əlavə etdiyi zaman qoşula bilər.
İndi isə Ankara, cihadçılar ilə mübarizə aparan İraq “peşmərqə” kürd döyüşçülərinə Suriyanın Türkiyə ilə sərhəddini keçməyə imkan verir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.