Çexiya Səhiyyə Naziri: “Çexiya normal həyata geri dönə bilər”
Ötən ilin dekabrında Çinin Vuhan əyalətində ortaya çıxdıqdan sonra qısa müddətdə 150-dən çox ölkəyə yayılan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunan korona virusunun heç şübhəsiz, ən çox tüğyan etdiyi bölgələrdən biri də Avropa qitəsidir. Halbuki, buradakı ölkəkərdə də vəziyyət olduqca dəyişkəndir.
Xüsusilə, Avropa Birliyi daxilindəki ölkələrin əksəriyyəti virusla mübarizədə xeyli çətinliklər yaşasa da onların arasında qonşu ölkələrlə müqayisədə nisbətən daha müvəffəqiyyətli ölkələr də mövcuddur. Bunlardan biri də Mərkəzi Avropada yerləşən Çexiyadır.
Musavat.com Çexiyanın praguemorning.cz saytına istinadən xəbər verir ki, ölkədə test sayındakı artışa rəğmən, yoluxma statistikasını göstərən qrafik 11 faizdən 5 faizə düşüb. Çexiya Səhiyyə Naziri Adam Voytexə görə bu, Çexiyanın COVİD-19 virusunun kontrolsuz yayılmasının qarşısını ala bildiyinin sübutudur.
Çexiya səhiyyə naziri Adam Voytex
“Biz COVİD-19 virusunun yayılmasının qarşısının alınmasına nail olduq. Bu o deməkdir ki, gələn həftələrdə normal həyata geri dönməyə hazırlaşa bilərik. Ölkəmizdəki vəziyyət İtaliya, İspaniya, ABŞ və ya Birləşmiş Kralıqdakı qədər ağır deyil. Hətta bizdəki situasiya getdikcə yaxşılaşır.”
Çexiyanın Səhiyyə İnformasiyası və Statistikası İnstitutunun (UZIS) direktoru Ladislav Duşek də məlumatı təsdiqləyib. Onun sözlərinə görə, əldə etdikləri məlumat onu göstərir ki, əhali arasındakı yoluxma dayanıb. Statistikaya əsasən, başqa bir insanı yoluxdura bilən insan sayını göstərən reproduktiv say Çexiyada 2.64 səviyyəsindən 1.1 səviyyəsinə düşüb. Səhiyyə Nazirliyi bu sayın 1.02 səviyyəsinə enəcəyini proqnozlaşdırır.
“Bu o demək deyil ki, virus tamamilə ortadan qalxıb, amma hazırda bir insan orta hesabla sadəcə bir şəxsi yoluxdura bilər” deyə, Duşek sözlərinə əlavə edib.
Qeyd edək ki, bu gün etibarilə Çexiyadakı toplam yoluxma sayı 5033, indiyə qədər sağalan sayı 181, ölən sayı isə 91 nəfərdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.