banner
banner

İdman

Maykl Cordan Çin şirkətini məhkəmədə uddu

Maykl Cordan Çin şirkətini məhkəmədə uddu

Çin Ali Məhkəməsi yerli idman geyim istehsalçısının ticarət markasını qeyri-qanuni istifadə etməsi ilə bağlı işdə Milli Basketbol Assosiasiyasının (NBA) Maykl Cordanın lehinə qərar verib.

"Report" "Clutch Points" nəşrinə istinadən xəbər veirr ki, araşdırmalar 8 il davam edib. Bildirilib ki, "Qiaodan Sports" şirkəti öz məhsullarının istehsalı zamanı Cordan adının çincə tərcüməsindən istifadə edib.

"Çikaqo Bullz" əfsanəsi və 6 qat NBA çempionunun Çində xeyli sayda pərəstişkarı var.

2016-cı ildə Cordan bu şirkkətlə mübahisəni qazanıb, lakin indiyə qədər onun ad variantının Çin transkripsiyasında "Qia Dan" kimi istifadəsinə icazə verilib.

Məhkəmənin qərarına baxmayaraq, Çin firması oyunçu-basketbolçunun "Jumpman" embleminə bənzər idman ayaqqabısı brendi ilə oxşar loqotipindən hələlik yararlana bilər. "Jumpman" Nike şirkətinin "Air Jordan" idman ayaqqabısını tanıtmaq üçün yaradılıb.

Ali Məhkəmə loqotipin istifadəsi işini yenidən baxılması üçün Çin Dövlət İntellektual Mülkiyyər İdarəsinə yönləndirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.