"Qarabağ"ın futbolçusu XXI əsrin rəmzi komandasına namizəd oldu
İspaniyanın “Albasete” klubunda XXI əsrin ən yaxşı “11-liy”inə namizədlər müəyyənləşib.
“Report”un məlumatına görə, bununla bağlı ölkənin “5maseldescuento” nəşri sorğu keçirir.
40 futbolçudan ibarət siyahıda “Qarabağ”ın 30 yaşlı ispan yarımmüdafiəçisi Xayme Romeronun da adı var. O, 2008/2009-cu ildə “Albasete”də çıxış edib, oyunçu 36 görüşdə meydanda olub və 3 qol vurub.
Qeyd edək ki, hazırda “Albasete”də Azərbaycan millisinin üzvü Eddi İsrafilov çıxış edir. 2019-cu ilin avqustundan bu komandanın şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçinin adı bu siyahıya daxil edilməyib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb