Keçən həftə İŞİD silahlılarından təmizlənən İraqın Tikrit şəhərində əsgərlərin basdırıldığı 12 kütləvi məzarlıq tapılıb. Məzarlardakı cəsədlərin İŞİD-in keçən il öldürdüyü təxminən 1700 iraqlı əsgərə aid olduğu təxmin edilir. Kütləvi məzarlar keçmiş ABŞ-a məxsus "Camp Speicher"ın yaxınlığında aşkarlanıb. İŞİD keçən ilin iyun ayında Tikriti ələ keçirərkən sosial mediada öldürülmüş yüzlərlə şiə əsgərinin fotolarını və videolarını paylaşmışdı.
Kütləvi məzarlıqlardan çıxarılan cəsədlər DNK analizlərindən sonra ailələrinə təhvil veriləcək.
Qətliamdan qurtula bilənlərin sözlərinə görə, İŞİD silahlıları əsgərləri öldürməzdən öncə hansı məzhəbə qulluq etdikləri, yəni şiə və ya sünni olduqlarını soruşub.
Qeyd edək ki, Tikrit İrakın keçmiş lideri Səddam Hüseynin məmləkəti və əsasən sünnilərin yaşadığı bir şəhərdir. Şəhər bir ay sürən mühasirədən sonra şiə polislərinin dəstəklədiyi İrak ordusu tərəfindan İŞİD-dən geri alınmışdı.
İrak ordusunun Tikritin ardından Mosulu da İŞİD-dən geri ala bilmək üçün, gücünü bu şəhərə yönləndirəcəyi gözlənilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.