Qaradağ polisi 100 aztəminatlı ailəyə ərzaq yardımı edib
Xüsusi karantin rejimi dövründə gücləndirilmiş rejimdə xidmət aparan Daxili İşlər Nazirliyinin şəxsi heyəti bu müddət ərzində öz nəcib və xeyirxah əməllərindən də geri qalmır. Həmişə qayğıya ehtiyacı olan insanların yanında olan Azərbaycan polisi koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmaqda davam edir. Bu dəfə DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları rayon ərazisində maddi dəstəyə ehtiyacı olan 100 aztəminatlı ailənin gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylayıb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.