banner
banner

Dünya

Tehranda durğunluqdan sonra ticarət obyektləri açılıb

Tehranda durğunluqdan sonra ticarət obyektləri açılıb

İranın paytaxtı Tehranda koronavirus pandemiyasının yaratdığı bir aylıq durğunluqdan sonra bəzi ticarət obyektləri açılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, obyektlərin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən verilən, kağız üzərində çap edilmiş QR kodu kimidir və o, mütləq vitrində asılmalıdır.

İlk mərhələdə koronavirusun yayılması üçün kiçik risklərin olduğu sahibkarlıq fəaliyyətləri bərpa edilir. Bu baxımdan Novruz bayramı ərəfəsində bağlanmış optika, musiqi alətləri, məişət texnikası, kitab mağazaları satılan obyektləri göstərmək olar.

Tehranda durğunluğun aradan qaldırılması İranda koronavirusdan sağalan insanların sayının getdikcə artması fonunda baş verib. Eyni zamanda, gün ərzində qeydə alınan ölüm hallarının da sayı azalır. Bununla belə, hökumət COVID-19 üzərində qələbə və ya ona qarşı mübarizədə dönüş nöqtəsi olduğunu elan etməyə tələsmir.

Hazırda İranda ilk dəfə koronavirus barədə məlumat verilən 19 fevral tarixindən bəri rəsmi rəqəmlərə görə, 80 868 nəfər yeni növ koronavirusa yoluxub, təqribən 5,1 min nəfər pandemiyanın qurbanı olub. Eyni zamanda, xəstələrin yarıdan çoxu, təqribən, 56 min nəfər virusdan sağalıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.