Uzun müddətdir efirlərdən uzaq qalan aktrisa Özgü Namal geri qayıtmaq qərarı alıb.
Uşaqlarını böyütmək üçün karyerasına ara verən sənətçi Muğlada bir kənd evi düzəltdirib və orada yaşayır.
Bu günlərdə isə Namal təklifləri qəbul etməyə başlayıb. O, 6 il aradan sonra çəkiliş məkanlarına qayıtmağı düşünür. Son olaraq 2014-cü ildə "Merhamet" adlı serialda rol alan Özgü həkim Ahmet Serdar Oralla ailə qurub.
O, karantindən əvvəl bir film və serial təklifini qəbul edib. Namal film üçün 800 min (190 min manat), serialın hər bölümü üçün isə 80 min lirə (19 min manat) alacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.